Biznesin
hüquqi təməli.
FinLex Business Advisory — hüquq, korporativ idarəetmə, əmək münasibətləri və vergi qanunvericiliyi sahələrində 25 ildən artıq təcrübəyə malik mütəxəssislər ilə fəaliyyət göstərən peşəkar xidmət platformasıdır.

Biz şirkətlərə və fiziki şəxslərə hüquqi risklərin idarə olunması, qanunvericiliyin tələblərinə uyğun sənədləşmə, daxili idarəetmə sistemlərinin qurulması və gündəlik fəaliyyətin hüquqi müşayiəti üzrə praktiki həllər təqdim edirik.
- Mütəxəssis təcrübəsi
- 25+ il
- Yurisdiksiya
- Azərbaycan
Xidmətlərimiz
Hər xidmət ayrıca sifariş edilə bilər və ya daimi müşayiət çərçivəsində birləşdirilir.
Hüquq XidmətləriMüqavilələrdən məhkəmə proseslərinə qədər şirkətin bütün hüquqi münasibətlərinin peşəkar idarə olunması və hüquqi risklərin effektiv şəkildə tənzimlənməsi.
Korporativ İdarəetməŞirkətin strukturu, sənədləşməsi və qanunvericiliyə uyğunluğu üzrə tam təminat.
Kadr və Əmək Münasibətləriİşə qəbuldan işdən azad edilməyə qədər bütün kadr proseslərinin hüquqi təminatı.
Vergi KonsaltinqiVergi risklərinin qanunvericiliyə müvafiq şəkildə hüquqi təhlili və optimallaşdırılması.
FinLex Risk ScanBiznesinizin hüquqi sağlamlığını əvvəlcədən qiymətləndirən kompleks diaqnostika xidməti.
Birdəfəlik XidmətlərDaimi müşayiətə ehtiyac olmadıqda, ayrıca sifariş edilə bilən konkret işlər.
Outsourced Legal Department
Şirkətiniz üçün peşəkar kənar hüquq şöbəsi
Daimi hüquq şöbəsi yaratmadan şirkətinizin bütün hüquqi ehtiyaclarını vahid xidmət çərçivəsində qarşılayın.
Kənar Hüquq ŞöbəsiƏhatə dairəsi
- Müqavilələrin hazırlanması, yoxlanılması və danışıqların aparılması
- Korporativ qərar, protokol və daxili normativ sənədlərin idarə olunması
- Kadr sənədləşməsi və əmək münasibətlərinin hüquqi müşayiəti
- Hüquqi risklərin monitorinqi və qabaqlayıcı tövsiyələr
- Dövlət orqanları ilə yazışma və təqdimatların hazırlanması
- Gündəlik hüquqi suallar üzrə operativ rəy
Təsisçi və Layihə rəhbəri
Kamal Əliyev
2000-ci ildən hüquq sahəsində fəaliyyət göstərir.
Məhkəmə, dövlət və özəl sektorda hüquqşünas kimi, eyni zamanda rəhbər vəzifələrdə hüquqi idarəetmə, korporativ hüquq, müqavilə münasibətləri və hüquqi proseslərin təşkili üzrə 25 ildən artıq peşəkar təcrübəyə malikdir.
25 ildən artıq təcrübə
Haqqımızda
Məsələnizi müzakirə edək.
Qısa təsvir kifayətdir. Məsələnin mahiyyətini müəyyənləşdirək və sizə uyğun ən doğru xidmət istiqamətini seçək.
Konsultasiya təyin edin