
Hüquq Xidmətləri
Müqavilələrdən məhkəmə proseslərinə qədər şirkətin bütün hüquqi münasibətlərinin peşəkar idarə olunması və hüquqi risklərin effektiv şəkildə tənzimlənməsi.
Nələri əhatə edir?
Şirkətin gündəlik kommersiya münasibətlərindən məhkəmə mübahisələrinə qədər bütün hüquqi məsələləri bir komanda tərəfindən idarə olunur: müqavilələrin tərtibi və ekspertizası, əmlak əməliyyatları, intellektual mülkiyyətin qeydiyyatı və mübahisələrdə nümayəndəlik.
Müqavilə Hüququ
Kommersiya və müxtəlif növ digər müqavilələrin hazırlanması, hüquqi ekspertizası (Legal Due Diligence), müqavilə risklərinin qiymətləndirilməsi, danışıqların hüquqi müşayiəti və müqavilələrdən irəli gələn mübahisələrin hüquqi tənzimlənməsi.
Məhkəmə və Mübahisələrin Həlli
Mülki, kommersiya və inzibati mübahisələr üzrə hüquqi təmsilçilik, iddia və prosessual sənədlərin hazırlanması, həmçinin mediasiya və digər alternativ mübahisə həlli mexanizmləri üzrə hüquqi dəstək.
Mülkiyyət və Əmlak Hüququ
Alqı-satqı, icarə, bağışlama, ipoteka və digər əqdlərin hüquqi ekspertizası, müqavilələrin hazırlanması, hüquqi risklərin qiymətləndirilməsi və əməliyyatların tam hüquqi müşayiəti.
İntellektual Mülkiyyət Hüququ
Əmtəə nişanları, müəllif hüquqları və digər əqli mülkiyyət obyektlərinin hüquqi qorunması, qeydiyyatı, lisenziya və istifadə müqavilələrinin hazırlanması, habelə hüquqların müdafiəsi üzrə hüquqi dəstək.
Məsələnizi müzakirə edək.
Qısa təsvir kifayətdir. Məsələnin mahiyyətini müəyyənləşdirək və sizə uyğun ən doğru xidmət istiqamətini seçək.
Konsultasiya təyin edin